Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təhsil naziri Gəncədə vətəndaşları qəbul edib


Martın 12-də təhsil naziri Emin Əmrullayev Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinlər, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. 
Qəbuldan əvvəl Emin Əmrullayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.  
Pandemiya qaydalarına uyğun olaraq həyata keçirilən qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının əsaslı təmir və tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. 
Nazir qəbula yazılmış  vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də