Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan parlamenti aparatının sabiq rəhbəri saxlanılıb






Ermənistanın Milli Məclisi Aparatının keçmiş rəhbəri Ara Saqatelyan saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə "News.am"a onun vəkili Akop Yenokyan bildirib.

Yenokyanın sözlərinə görə, Saqatelyan hakimiyyət əleyhinə mitinqlərin təşkilində şübhəli bilinir.

O, qeyd edib ki, məhkəmədə Saqatelyanın saxlanılmasına etiraz etməyə hazırlaşır.

Xatırladaq ki, noyabrın 10-da Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. Aksiyaçılar işğalçı ölkənin ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətinə etiraz əlaməti olaraq Paşinyanın istefasını tələb edirlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də