Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan Azərbaycanın sülh təkliflərinə CAVAB VERDİ

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının təqdim etdiyi sülh təkliflərinə cavab verib.

Bu barədə Ermənistan XİN-in bəyanatında qeyd edilib.

XİN bildirib ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı  ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün öncə Bakının İrəvana münasibətlərin normallaşdırılması ilə bağlı beş bəndlik yeni təkliflər paketi təqdim etdiyini və cavab gözlədiyini bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də