Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Eks-deputatlar Kadırovu öldürənə mükafat VƏD ETDİ

Ukrayna parlamentinin keçmiş deputatları Yevgeni Rıbçinski və İqor Mosiyçuk  Çeçenistan rəhbəri Ramzan Kadırovu məhv edəcək şəxsə mükafat vəd ediblər.

Bu barədə Y.Rıbçinski Facebook-da yazıb.

Keçmiş deputat Yevgeni Rıbçinski Ukraynaya gəlməyi ilə öyünən Ramzan Kadırovun öldürülməsinə görə Kiyev yaxınlığında torpaq sahəsi olan ev vəd edib.
"Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Ukrayna Silahlı Qüvvələrinin hər bir döyüşçüsü çeçen xalqına biabırçılıq gətirən bu əlaltını məhv etməyi qarşısına məqsəd qoymalıdır. Mən Kadırovun başına mükafat qoyuram - Kiyev yaxınlığında 40 sot torpaqda ev!”.

Ukrayna Ali Radasının difər sabiq deputatı İqor Mosiyçuk isə Kadırovun başına 100 min dollar mükafat qoyub.

Daha əvvəl Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirilmişdi ki, Kadırov Ukraynaya gəlib və İvankovodakı zirzəmidə gizlənərək, orada çeçen döyüşçülərlə müzakirə aparıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də