Avstraliya və Niderland BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatında 2014-cü ildə Malayziya hava yollarına məxsus 17 saylı reysin vurulması ilə bağlı Rusiyaya qarşı məhkəmə qarşısında iddia qaldırıb.
Bu barədə Avstraliya hökumətinin bazar ertəsi verdiyi açıqlamada bildirilir.
Malayziya hava yollarına məxsus Amsterdam-Kuala Lumpur reysini yerinə yetirən təyyarə 2014-cü ilin iyulunda Ukraynadakı rusiyayönlü üsyançılar tərəfindən atılan raketlə vurulub. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.
“Rusiya Federasiyasının MH17 reysinin vurulmasında roluna görə məsuliyyəti öz üzərinə götürməkdən imtina etməsi qəbuledilməzdir və Avstraliya hökuməti həmişə ədalət axtarışımızda heç bir hüquqi variantı istisna etməyəcək”, - Baş nazir Skott Morrisonun bəyanatında deyilir.
Qeyd edək ki, iki ölkə Rusiyanın hücumda istifadə edilən raket sistemini separatçılara verdiyini, daha sonra onu geri aldığını iddia edəcək.