Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ən çox mal aldığımız ÖLKƏLƏR

2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 118 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 66 ölkəyə məhsul ixrac olunub, 111 ölkədən idxal olunub.
 
Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 3968,7 milyon ABŞ dolları təşkil edib.
 
Ticarət dövriyyəsinin 2993,8 milyon dollarını və ya 75,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 974,9 milyon dollarını (24,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2018,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,8 dəfə, real ifadədə 17,8 faiz, o cümlədən ixrac 25,9 faiz, idxal isə 2,8 faiz artmışdır. 2022-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə həm faktiki qiymətlərlə, həm də real ifadədə 1,6 dəfə artaraq 232,2 milyon dollar təşkil etmişdir.
 
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 38,6 faizi İtaliya, 10,9 faizi Türkiyə, 5,8 faizi Ukrayna, 5,1 faizi Rusiya, 3,8 faizi İsrail, hər biri 3,6 faiz olmaqla Çin və Birləşmiş Krallıq, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Almaniya, 2,3 faizi Çexiya, 2,2 faizi Yunanıstan, hər biri 2,0 faiz olmaqla Tailand və İspaniya, 1,8 faizi Gürcüstan, 1,5 faizi Rumıniya, 1,3 faizi İrlandiya, 1,2 faizi Portuqaliya, hər biri 0,9 faiz olmaqla İran və Tunis, 6,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
 
İxracın 50,1 faizini İtaliyaya, 9,4 faizini Türkiyəyə, 6,5 faizini Ukraynaya, 5,0 faizini İsrailə, 4,1 faizini Birləşmiş Krallığa, 2,9 faizini Çexiyaya, 2,7 faizini Yunanıstana, 2,6 faizini İspaniyaya, 2,5 faizini Tailanda, 2,3 faizini Rusiyaya, 2,2 faizini Gürcüstana, 1,9 faizini Rumıniyaya, 1,7 faizini Almaniyaya, 1,6 faizini İrlandiyaya, 1,5 faizini Portuqaliyaya, 1,1 faizini Tunisə, 1,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,6 faiz), Türkiyəyə (30,4 faiz), Gürcüstana (6,2 faiz), İtaliyaya (4,7 faiz), İsveçrəyə (3,3 faiz), Çinə (2,8 faiz), Niderlanda (2,3 faiz), Rumıniyaya (1,8 faiz), ABŞ-a (1,7 faiz), Türkmənistana (1,7 faiz), Almaniyaya (1,5 faiz), Özbəkistana (1,4 faiz), Ukraynaya (1,3 faiz), İspaniyaya (1,3 faiz), Belarusa (1,3 faiz), Qazaxıstana (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,8 faizi Türkiyə, 14,5 faizi Çin, 13,8 faizi Rusiya, 12,6 faizi Qazaxıstan, 4,9 faizi Almaniya, 3,7 faizi Ukrayna, 3,6 faizi İran, 2,9 faizi ABŞ, 2,1 faizi İtaliya, hər biri 1,9 faiz olmaqla Yaponiya, Koreya və Birləşmiş Krallıq, 1,8 faizi Türkmənistan, 1,3 faizi Fransa, hər biri 1,1 faiz olmaqla İndoneziya, Vyetnam və Hindistan, 14,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür. 2022-ci ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 17,7 faiz, təzə tərəvəz – 53,4 faiz, tütün – 14,4 dəfə, kartof – 4,6 dəfə, polietilen – 50,7 faiz, mineral gübrələr – 3,4 dəfə, emal olunmamış alüminium – 1,3 34,6 15,2 65,0 0,3 95,6 12,7 97,8 47,2 2,7 98,7 65,4 84,8 35,0 99,7 4,4 87,3 2,2 52,8 97,3 İtaliya Türkiyə Ukrayna Rusiya Federasiyası İsrail Çin Birləşmiş Krallıq Qazaxıstan Almaniya Çexiya 2022-ci ilin yanvar ayında xarici ticarət dövriyyəsində daha çox paya malik olan ölkələr üzrə ticarət dövriyyəsində idxal və ixracın xüsusi çəkisi, faizlə İdxal İxrac 3 41,3 faiz, qara metallardan borular – 43,1 faiz, qara metallardan çubuqlar – 3,1 faiz, sement klinkerləri – 3,9 faiz, bentonit gili – 41,2 faiz artmış, şəkər ixracı isə 9,1 faiz, meyvə və tərəvəz şirələri – 40,6 faiz, meyvə və tərəvəz konservləri – 37,9 faiz, çay – 65,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 51,6 faiz, bitki yağları – 83,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 72,8 faiz, pambıq lifi – 1,5 faiz, polipropilen – 24,8 faiz, pambıq ipliyi – 26,3 faiz, qara metallardan yarımfabrikatlar – 62,7 faiz azalmışdır.
 
2021-ci ilin yanvar ayı ilə müqayisədə 2022-ci ilin yanvar ayında buğda idxalı 4,2 dəfə, bitki yağları – 1,8 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 6,3 faiz, unlu qənnadı məmulatları – 30,3 faiz, şokolad və şokolad məhsulları – 4,5 faiz, çay - 18,7 faiz, quş əti və onun əlavə məhsulları – 1,8 dəfə, minik avtomobilləri – 23,4 faiz, polad prokatı – 4,1 faiz, qara metallardan borular – 0,6 faiz, hesablama maşınları, blok və qurğuları – 16,3 faiz, rezin şinlər – 22,2 faiz, avtobuslar – 1,8 dəfə, sintetik yuyucu vasitələr – 21,1 faiz, mebellər – 2,7 dəfə, qara metallardan künclüklər – 2,7 dəfə, polipropilen – 5,5 faiz, məişət kondisionerləri – 2,9 dəfə, məişət soyuducuları – 19,4 faiz artmış, təzə meyvə idxalı isə 13,6 faiz, kartof – 7,6 faiz, təzə tərəvəz – 55,1 faiz, xam şəkər – 70,1 faiz, mal əti – 22,9 faiz, siqaretlər – 77,6 faiz, dərman vasitələri – 25,9 faiz, yük avtomobilləri – 0,3 faiz, qara metallardan çubuqlar – 35,5 faiz, polietilen – 2,9 faiz, mineral gübrələr – 85,1 faiz, paltaryuyan maşınlar – 41,4 faiz, sement – 17,3 faiz azalmışdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də