Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bombardmanda yaralanmış hamilə qadın ÖLDÜ

Ukraynanın mühasirədəki Mariupol şəhərində rus ordusunun hava hücumu zamanı doğum evində olan hamilə qadınlardan biri dünyasını dəyişib.
Bu barədə “Amerikanın səsi”nin jurnalisti Asya Dolina Facebook-da məlumat məlumat yayıb.
Jurnalist qeyd edib ki, bu məlumatı həmin gün hadisə yerindən fotoreportaj hazırlayan fotoqraf Yevgeni Maloletka da təsdiqləyib.
"Mariupoldakı 3 nömrəli doğum evinin dağıntıları arasından çıxarılarkən video və fotoreportajların əsas siması olan xərəklə aparılan qadın öldü. Onun bətnindəki uşağı da sağ qalmayıb", - jurnalist bildirib.
Xəstəxananın atəşə tutulması zamanı yaralanmış digər hamilə qadın - Marianna Podqurskaya isə qız uşağı dünyaya gətirib.

Xatırladaq ki, ruslar mühasirədəki Mariupolun doğum evindən çıxarılan Marianna Podqurskayanı sosial şəbəkələrdə və mətbuatda terrora məruz qoymuşdular. Onu qorxunc bombardmana düşməməkdə, sadəcə olaraq “model kimi işləmək üçün ora gəldiyini” iddia etmişdilər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də