Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Yad Vaşem memorial kompleksində videoformatda çıxış etmək üçün müraciət edib.
Prezidentin xahişini Ukraynanın İsraildəki səfiri kompleksin rəhbərliyinə çatdırıb.
Diplomat Zelenskinin İsrail parlamentinə, ölkə rəhbərliyinə və ictimaiyyət nümayəndələrinə xitabən çıxış etmək niyyətində olduğunu söyləyib. Laki Holokost qurbanlarının anım muzeyinin rəhbəri Dani Dayan müraciətə müsbət cavab verməyib. O bildirib ki, kompleksdə siyasi müraciətin səsləndirilməsi uyğun deyil.
Bundan öncə Zelenskinin İsrail parlamentində çıxış etmək istədiyi, lakin ona icazə verilmədiyi barədə xəbərlər yayılmışdı.