Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
74 kq çəki dərəcəsində çıxış edən Cəbrayıl Hacıyev yarımfinalda Türkiyə təmsilçisi İsmet Çiftçini məğlub edib.
86 kq-dakı Abubakr Abakarov finala gedən yolda onun həmyerlisi Emre Çiftçiyə qalib gəlib.
Aydın Əhmədov (125 kq) isə gürcüstanlı Solomon Manaşviliyə uduzub. Əhmədov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək. Onun rəqibi təsəlliverici görüşdən sonra bəlli olacaq.
Hacıyev qızıl medal uğrunda qarşılaşmada rumıniyalı Kristian Bironun, Abakarov isə moldovalı Lilian Balanın müqavimətini qırmağa çalışacaq.