Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenski: “Rusiya hərbçiləri artıq qruplar halında əsir düşür”

“Rusiya Ukraynada görünməmiş itkilər verir: müharibənin 16 günü ərzində onun ordusunun 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirib, 360-dan çox tank, 1205 zirehli texnika, 60-a yaxın təyyarə və 80 helikopter məhv edilib”.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
"Silahlı Qüvvələrimiz düşməni Ukraynaya qarşı müharibəni davam etdirmək istəyindən məhrum etmək üçün hər şeyi edir. Rusiya qoşunlarının itkiləri çox böyükdür. Artıq 17-ci gündə işğalçıların itkilərinin dinamikası elədir ki, biz əminliklə deyə bilərik: bu, Rusiya ordusuna son onilliklərdə vurulan ən böyük zərbədir. Onlar heç yerdə bu qədər çox itki verməyib”, - prezident bildirib.

Onun sözlərinə görə, sıradan çıxarılan hərbi texnika arasında Rusiyanın fəxr etdiyi ən müasir modellər var.
“Dünya ordularının əksəriyyəti işğal zamanı rus qoşunlarının itirdiyi qədər orduya malik deyil”, - prezident deyib.

Zelenskinin sözlərinə görə, Rusiya hərbçiləri artıq tək-tək deyil, bütöv qruplar halında əsir götürülür.

“Onlar qrup halında Ukrayna ərazisindən evlərinə, Rusiyaya qayıtmağa çalışırlar", - Zelenski bildirib.
Eyni zamanda o qeyd edib ki, işğalçılar Ukraynanı kəmiyyətlə almağa çalışırlar, lakin bu, nəticə verməyəcək.
Prezident vurğulayıb ki, Ukrayna ordusunun fövqəladə uğurları olsa da, müqavimət enerjisi azalmamalı, müdafiə üçün birlikdə çalışmalıdırlar.

“Bu vətən müharibəsidir, bu xalq müharibəsidir, bu bizim müstəqilliyimiz uğrunda müharibədir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də