Bugünkü buraxılış imtahanlarında 4 nəfərdə mobil telefon aşkarlandığı üçün onlar imtahandan xaric edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Xatırladaq ki, martın 12-də Bakı şəhərinin Nəsimi, Sabunçu, Səbail rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Ağsu, Astara, Bərdə, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, İsmayıllı, Masallı, Sabirabad, Tərtər, Tovuz və Xaçmaz rayonlarında, Şəki və Naftalan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İmtahanlar 17 şəhər və rayonda təşkil olunub.
İmtahanın təşkil edilməsi üçün ümumilikdə 124 imtahan binası, 2058 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 124 ümumi imtahan rəhbəri, 329 imtahan rəhbəri, 2524 nəzarətçi–müəllim, 249 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 124 bina nümayəndəsi cəlb edilib.
Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8‑dək elan olunması nəzərdə tutulur.