Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ardından ABŞ və Qərb Rusiyaya tarixdə görünməmiş sanksiyalar tətbiq etdi. Sanksiyalar bir çox sahəni əhatə edərək Rusiya iqtisadiyyatını blokada halına saldı. İqtisadiyyatın özülünü təşkil edən banklar isə çökmüş vəziyyətdədir.
Bəs, ölkəmizdə fəaliyyət göstərən Rusiya banklarını hansı aqibət gözləyir?
Bu barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Vahid Əhmədov bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar çox ağırdır.
Parlamentari deyib ki, nə Suriya, nə İraq, nə də İranda belə sanksiyalar tətbiq edilib.
Onun sözlərinə görə, sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrini əhatə edir, tək banklar hədəf deyil.
Deputat qeyd edib ki, Rusiyanın SWIFT-dən, yəni beynəlxalq pul köçürmələr sistemindən çıxarılması artıq bankların iflici anlamına gəlir:
“Azərbaycanda da Rusiya bankları var. Bu, əlbəttə o banklara da təsirini göstərəcək. Həmin banklarda Mərkəzi Bank tərəfindən külli miqdarda vəsaitlər var, eyni zamanda ola bilsin ki, mülki əhalinin vəsaitləri də olsun. Bu proses uzun müddət, məsələn, bir ay davam edərsə, əlbəttə, banklar öz maliyyə dayanıqlığı ilə bağlı çox ciddi problemlər yaşayacaq”.
V.Əhmədov bildirib ki, Rusiya banklarının ölkəmizdə default olması, bazardan çıxması gözləniləndir:
“Bu da sanksiyaların müddəti ilə bağlıdır. ABŞ və Qərbin açıqlamalarından görünür ki, müharibə dayansa da, sanksiyalar daha uzunmüddətli xarakter alacaq”.
Qeyd edək ki, hazırda Azərbaycanda Rusiya kapitallı 2 bank fəaliyyət göstərir. Bunlardan biri VTB Qrupa daxil olan “Bank VTB Azərbaycan" , digəri isə "Yelo Bank”dır.