“Artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da yoluxma sayı əhəmiyyətli dərəcədə azalıb. Bütün bunlar məhz vaksinasiya prosesinin uğurlu nəticəsidir. Ümumilikdə pandemiya bitdikdən sonra vaksinasiyaya heç bir ehtiyac olmayacaq”.
Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M. Quliyevin sözlərinə görə, virusun yeni mutasiyası meydana gəlməzsə və pandemiya bitərsə, vaksinasiyaya ehtiyac qalmayacaq:
“Ancaq virus qrip kimi mövsümi xarakter daşısa, insanlar adi qripdəki kimi könüllü şəkildə peyvənd qəbul edə bilər. Bunlar gedişatdan asılıdır, indidən bu barədə məlumat vermək tezdir. Biz payızı gözləməliyik. Payızdan sonra fikir söyləmək olar. İndi kim nə desə boşuna demiş olacaq”.
Deputat qeyd edib ki, qəbul edilmiş strategiyaya əsasən 3 doza vaksin kifayət edir:
“Ölkəmizdə vaksinasiya prosesi yüksək səviyyədə təşkil olundu və sürətlə də davam etdirildi. Bunun nəticəsidir ki, artıq yoluxma sayında kifayət qədər azalmalar müşahidə edilir, karantin rejimi yumşaldılıb. Hesab edirəm ki, 3 dozadan artıq peyvəndə ehtiyac yoxdur”.
Qeyd edək ki, son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
Həmçinin, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 224 872, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 312 204, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 800 732, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 894 880, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 217 056 təşkil edir.