Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Rusiya-Ukrayna müharibəsi bizə də təsir edir” - Ərdoğan

Bu gün Antalya Diplomatiya Forumu işə başlayıb. Forumun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
 
Ərdoğan forum iştirakçılarını salamlayaraq, əsas müzakirə mövzularından söz açıb.
 
"Rusiya və Ukrayna arasında müharibədən sonra ilk rəsmi görüşün burada olması forumun niyyətini bir daha vurğulayır. Dünyada aclığın, quraqlığın, pandemiyanın, müharibənin olduğu bir zamanda bəziləri hələ də liderlik arxasında gedir. Birilərin cibi dolarkən təəssüf ki, bir yanda uşaqlar ölməyə davam edir. Buna sakit qalmalı deyilik. Bu gün Ukraynadan nə qədər qaçqın var. Dünyada bu gün haqsızlıq daha da artıb”, - Ərdoğan çıxışında deyib.
 
Ukraynanın Türkiyənin dostu olduğunu vurğulayan Ərdoğan Rusiyanın hücumunu pislədiyini bildirib: "Ukrayna və Rusiya bizim qonşumuz və dostumuzdur. Onlar arasında müharibə bizə də təsir edir. Ukraynanın suverenliyini şübhə altına atılan hərəkətləri rədd edirik. Rusiyanın işğalını pisləyirik”.
 
Rusiya və Ukrayna arasında danışıqlarda bunu aydın şəkildə bildirmişik. 2014-ü ildə Krımın işğalı zamanı Qərb səsini çıxarsaydı, bugünkü mənzərə ola bilərdimi? Ukrayna haqlı davasında tək buraxıldı. Qərb Ukraynadan üzünü çevirməsəydi, bugünkü Ukrayna olmazdı”,- deyə Ərdoğan qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də