“Rəmiş ağır xəstədir, qara ciyərinə su yığılıb. Ona görə indi danışa bilmir, yatıb”
Bunu açıqlamasında Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib.
G.Hüseynova Ağdamın işğaldan azad olunmasına görə öz minnətdarlığını bildirib:
“Ağdama, bütün Qarabağa qurban olum. Allah bizim bütün əsgərlərimiz, zabitlərimizi, generallarımızı qorusun. Şəhidlərimizin qarşısında diz çökürəm. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onları dünyaya gətirən ataya-anaya canım, ömrüm qurban. Onların qeyrətinə qurban olum. Görün necə bir oğullar böyüdüb vətənə veriblər. Şəhidlərimizin sayəsində biz də Qarabağımıza qovuşduq. Allah möhtərəm prezidentimizi qorusun, o, bizə dünyanın ən böyük hədiyyəsini verdi. Dünyada bizim prezidentimiz kimi gözəl, savadlı ikinci bir prezident ola bilməz. Mənim anam Şuşadandır, atam isə Bakıdandır. Amma mən Qarabağlıyam, Qarabağlı çörəyi yeyirəm, özüm Ağdamda böyümüşəm. Rəmiş möhkəm xəstədir, qara ciyərinə su gəlib, indi yatır. Çox sağ olun ki, belə gündə bizi yad etdiniz. Qarabağın, ölkəmizin gözü aydın olsun”.