Ukraynanın Mariupol şəhərində Rusiya ordusu tərəfindən öldürülən insanlar kütləvi halda xəndəklərdə basdırılır.
Sosial şəbəkələrdə bununla bağlı dəhşət saçan görüntülər paylaşılıb.
Bildirilir ki, Rusiya qoşunlarının şəhəri intensiv şəkildə atəşə tutması səbəbindən meyitləri ənənəvi qaydada dəfn etmək mümkün olmayıb. Günlərlə küçələrdə qalan cəsədlər sakinlər tərəfindən toplanılaraq, xəndəklərdə basdırılıb.
Şəhər merinin müavini Serqiy Orlovun bildirdiyinə görə, Ukraynanın mühasirədə qalan Mariupol şəhərinin küçələrindən 1207 nəfərin meyiti toplanıb.