Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Peşə məktəblərində tədris kredit sistemi ilə təşkil olunacaq

Nazirlər Kabineti “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nı təsdiqləyib.
 
Yeni qərar peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkilini tənzimləyəcək.
 
Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
 
- hər bir təhsilalanın fərdi tədris planının olması və bu planın tərtibində onun iştirakı;
- yüksək texniki peşə təhsili proqramlarının (kurikulumların) tədris planlarına uyğun olaraq, tədris modullarının (fənlərinin), yarımil üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyi;
- təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
- tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
- müvafiq ixtisas üzrə bilik, bacarıq və səriştələrin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;
- hər yarımil tədris qruplarının modullar (fənlər) üzrə formalaşdırılması;
- tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;
-təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı;
- proqramların, ixtisasların, modul (fənlərin), müəllimlərin və tələbələrin kodlaşdırılması.
 
Peşə təhsili müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və tələbəyə təhsil müddətində tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır. Peşə təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, metodiki komissiyalar, qeydiyyat, qiymətləndirmə və monitorinq bölmələri) tərəfindən tənzimlənir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də