Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
60 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədlinin rəqibi gürcüstanlı İrakli Dzimistraişvili olub.
Rəqibinə ilk hissədə tam üstünlüklə (10:0) qalib gələn N.Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.