Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.
Sabiq diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirli bilinir.
Qeyd edək ki, Tələt Müseyib oğlu Əliyev 1942-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri işləyib. 2002-2006-cı illərdə isə Azərbaycanın Belarus və Moldovada səfiri vəzifəsində çalışıb.