Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Onlayn narkotik satanlar 12 il həbs ediləcək

Kütləvi informasiya vasitələrindən istifadə etməklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaya görə yeni məsuliyyət müəyyənləşir.
 
Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
 
Dəyişikliyə əsasən, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də