Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Karantinə görə cərimələnənlərin sayı - RƏSMİ

Pandemiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 748,5 min şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb.
 
Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub.
 
Bildirilib ki, onlardan 747,2 min nəfəri cərimələnib, 1 286 nəfəri isə həbs edilib. Cərimələnənlərdən 47 min nəfəri tibbi maska taxmadığı üçün cəza alıb.
 
Həmçinin, ictimai iaşə obyektləri üçün müəyyən olunan iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib.
 
Bundan başqa, xüsusi karantin rejiminin tələblərini pozmaqla fəaliyyət göstərən 4,2 min obyektin, qapalı məkanda fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyinə görə 805 obyektin sahibləri barədə inzibati məsuliyyət tədbirləri tətbiq olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də