Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynada son vəziyyət: Döyüşlər bu istiqamətdə davam edir

Ukraynanın şimal-qərb istiqamətində Polesye və Volınsk əməliyyat dairələrində, eləcə də dövlət sərhədində yerləşən Nejin, İvanisa, Trostyanes yaşayış məntəqələrində, Çerniqov şəhərində döyüşlər davam edir.
 
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, müdafiə qüvvələri paytaxt Kiyev şəhərindən Rusiya qoşunlarını geri oturdur. Cənub istiqamətində Ukrayna milli sərhədinin, dəniz sahillərinin, hava limanlarının, vacib infrastrukturlarının müdafiəsi davam edir.
 
“Qoşunlar başqa istiqamətlərdə sabitliyin qorunması və ərazilərin müdafiəsi üzrə əməliyyat tədbirləri keçirirlər”, - nazirlikdən bildirilib.
 
Rəsmi məlumata əsasən, Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya qoşunlarının mövqelərinə raket-bomba zərbərləri endirir, döyüş dəstələrinin və ölkənin vacib infrastrukturlarının hava hücumundan müdafiəsini reallaşdırırlar.
 
Bildirilib ki, şəxsi heyətdən çoxsaylı itki verən qarşı tərəf təlim tədbirləri adı altında yığım edərək onları işğal etdiyi Krım ərazisində, Krasnodar vilayətində, Donetsk və Luqanskın ayrı-ayrı rayonlarında yerləşdirir.
 
Qeyd olunub ki, Rusiya tərəfi Ukraynada döyüşmək üçün könüllülərin yığılması istiqamətində fəallığı artırıb:
 
"Ukrayna ilə döyüşmək üçün Moldovanın tanınmayan Dnestryanı bölgəsindən 800-dək əsgər toplanıb, ancaq onların mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir.
 
Eyni zamanda bildirilib ki, Çerniqov vilayətində Rusiya hərbçiləri tərəfindən müvəqqəti olaraq ələ keçirilən ərazilərdə qarşı tərəf beynəlxalq humanitar hüququ pozaraq silah və hərbi texnikanın yaşayış binaları və yerlərində gizlədir. Xersonda Rusiya hərbçiləri mülki paltar geyinərək Nikolayev şəhəri istiqamətində hərəkət edirlər.
 
Nazirliyin məlumatına görə, Rusiya qoşunlarının şəxsi heyəti arasında çox sayda canlı qüvvə və hərbi texnika itkisinə görə böyük vahimə yaşanır.
 
Qeyd edək ki, martın 9-u Rusiya-Ukrayna müharibəsinin 14-cü günüdür.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də