Dünyanın 15 ölkəsi, o cümlədən ABŞ Ukraynaya hərbi yardım edir.
Bu barədə xarici jurnalistlərə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynaya hərbi vasitələr göndərməkdə davam edir və deyib ki, “bu yardımlar təkcə Amerikaya deyil, digər 14 ölkəyə də aiddir”.
O, həmçinin xatırladıb ki, artıq NATO-nun şərq cinahında olan ABŞ qüvvələrini gücləndirmək üçün Vaşinqtondan Avropaya əlavə olaraq 500-ə yaxın əsgər göndərilib.
Con Kirbi ABŞ-ın mövqeyini bir daha xatırladıb:
“Prezident Baydenin daha əvvəl dediyi kimi, biz Ukraynaya qoşun göndərmirik və göndərməyəcəyik”.