Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ruslar mülki əhalini bombaladı - Uşaqlar öldü

Ukraynanın Sumı şəhəri və ətraf rayonlara aviazərbələr endirilib. Hava hücumlarının qurbanları arasında uşaqlar da var.
 
Bu barədə Sumı Regional Hərbi Administrasiyasına rəhbərlik edən Dmitri Jivitski sosial şəbəkə hesabında məlumat paylaşıb. 
 
Bildirilib ki, ötən gün axşam saat 23:00-dan sonra Rusiyanın döyüş təyyarələri şəhərin şimal-şərq hissəsinə zərbələr endirib. 
 
“Təəssüf ki, həlak olanlar arasında uşaqlar da var” - Jivitski deyib.
 
Ümumilikdə isə 10-dan çox insan Rusiyanın hücumunun qurbanı olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də