Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya qoşunlarının irəliləmə sürəti xeyli azalıb - Ukraynada son vəziyyət

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 8-də səhər saatlarına Rusiyanın işğalı ilə bağlı operativ məlumat yayıb:
Bildirilib ki, Rusiya qoşunlarının irəliləmə sürəti xeyli azalıb. Ukrayna qüvvələri müəyyən xətlər üzrə Cənub, Şərq və Şimal əməliyyat zonalarında müdafiə əməliyyatını davam etdirir.

Bildirilib ki, işğalçılar getdikcə daha çox talanlara və hərbi münaqişələrin aparılması ilə bağlı Beynəlxalq Humanitar Hüquq normalarının pozulmasına əl atırlar.

Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində, Rusiya işğalçıları tərəfindən müvəqqəti işğal olunmuş digər ərazilərdə qarətlər, yerli sakinlərə qarşı zorakılıq hərəkətlərinə qol verildiyi vurğulanır.

Məlumata görə, işğalçılar Kiyevə hücum etməyi planlaşdırırlar.

“Rusiya Federasiyasının hərbçiləri dinc əhaliyə atəş açmağa davam edir, bu gecə Sumı və Axtırkada birbaşa yaşayış binalarına bombalar atılıb”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də