Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaponiya Rusiyaya etirazını bildirdi

Yaponiya hökuməti bu ölkənin adının dost olmayan ölkələr siyahısına daxil edildiyinə görə Rusiyaya etirazını bildirib.
 
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
 
“Yaponiyanın Rusiya tərəfindən dost olmayan ölkə kimi elan edilməsi təəssüf doğurur və biz bununla əlaqədar etirazımızı bildirmişik”, - baş katib deyib.
 
Xatırladaq ki, Rusiya hökuməti martın 7-də bu ölkəyə və onun vətəndaşlarına qarşı dost münasibəti göstərməyən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib. Siyahıda Yaponiya da yer alıb. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də