Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Neftin qiyməti 300 dollara qalxa bilər - XƏBƏRDARLIQ

Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Qiymətlərin artımı gözlənilməz olacaq - bir barel üçün 300 dollardan çox.

Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

O vurğulayıb ki, Rusiya xammalını Avropa bazarında əvəz etmək üçün bir ildən çox vaxt lazımdır və istehlakçılar bunun haqqını ödəyəcəklər.
 
“Rusiya Avropaya ən böyük neft tədarükçüsüdür. Avropa ildə təxminən 500 milyon ton neft istehlak edir ki, bunun da təxminən 150 milyon tonu (və ya 30 faizi) Rusiyadan gəlir. Bundan əlavə, daha 80 milyon ton neft məhsulları idxal edilir”, - Novak bildirib.

Onun sözlərinə görə, Qərbin Rusiya neftindən və neft məhsullarından mümkün imtina ilə bağlı bəyanatları Moskvanın narahatlığına səbəb olur, bu, bazarın əsaslarını sarsıdır və qeyri-müəyyənliklər yaradır.

Novak xatırladıb ki, Rusiya həm əvvəllər, həm də bu gün tədarük öhdəliklərini tam yerinə yetirir. Eyni zamanda, o vurğulayıb ki, Rusiya Avropaya enerji resurslarından imtina etməyə hazırdır və tədarükləri hara yönləndirməyi bilir.
Londonun ICE məlumatlarına görə, bazar ertəsi Avropada qaz fyuçersləri 1000 kubmetr üçün rekord qiymətə - 3892 dollara çatıb ki, bu da cümə günkü hesablaşma qiymətindən 79 faiz çoxdur. 
 
Dünya bazarında neftin qiyməti hələ də 120 dollar/bareldən yuxarıdır.
 
Ekspertlər qeyd edirlər ki, bu dinamika əsasən Ukraynada müharibə başlayandan sonra Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyaların nəticəsidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də