Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Marsel" erməni təxribatına görə CƏRİMƏLƏNDİ

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Fransanın "Marsel" klubunu cərimələyib.
 
"Qarabağ"la oyunda erməni təxribatına görə kluba ümumilikdə 44 250 avro cərimə kəsilib.
 
Cərimənin 20 000 avrosu azarkeşlərin təxribatçı siyasi və təhqiramiz hərəkətlərinə, 14 000 avrosu tribunalarda ümumi istifadə üçün nəzərdə tutulan keçidlərin tutulmasına, 10 250 avrosu isə fişəng yandırılmasına görə nəzərdə tutulub.
 
Qeyd edək ki, oyun fevralın 17-də baş tutub. Matç zamanı bir qrup təxribatçı Ermənistan və qondarma rejimin "simvolunu" nümayiş etdiriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də