Belarusun Baş Qərargah rəisi Viktor Quleviç vəzifəsindən istefa verib.
Onun istefa ərizəsi yerli mətbuata sızdırılıb.
İddia olunur ki, Viktor Quleviç belaruslu hərbçilərin Ukraynadakı müharibədə iştirakdan imtina etməsi səbəbindən istefa qərarı verib.
Məlumata görə, batalyon qruplarının komplektləşdirilməsinə cəlb edilməli olan hərbi hissələrin şəxsi heyəti Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirakdan kütləvi şəkildə imtina ediblər. Çıxılmaz vəziyyətdə qalan Baş Qərargah rəisi çıxış yolunu istefa verməkdə görüb.
Viktor Quleviçin istefası hələlik rəsmən elan edilməyib.