Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada müharibəyə etiraz edən 3400 nəfər həbs edildi

Moskva, Sankt-Peterburq və Rusiyanın digər şəhər və bölgələrində icazəsiz aksiyalarda 5200-ə yaxın şəxs iştirak edib, nəticədə 3500-dən çox insan saxlanılıb.
 
Bu barədə Rusiya DİN məlumat yayıb.
 
Rusiya Daxili İşlər Nazirliyinin bölmələri digər hüquq-mühafizə strukturları ilə birlikdə Rusiya Federasiyasının bir sıra subyektlərində icazəsiz kütləvi tədbirlərin keçirildiyi yerlərdə asayişi təmin edib. Moskva şəhərində razılaşdırılmamış aksiyada 2500-ə yaxın adam iştirak edib, onlardan 1700-ü saxlanılıb, Sankt-Peterburqda isə iştirakçıların sayı təxminən 1500 nəfər olub, onlardan 750-si saxlanılıb.
 
"Digər bölgələrdə icazəsiz tədbirlərdə ümumilikdə 1200 nəfər iştirak edib, 1061 nəfər saxlanılıb", - nazirlikdən bildirilib.
 
Saxlanılan şəxslər araşdırma aparılması məqsədi ilə ərazi polis şöbələrinə aparılıb, onların məsuliyyətə cəlb olunması məsələsinə baxılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də