Bu gün müğənni Əli Mirəliyevin doğum günüdür. Ə.Mirəliyev doğum günündə Ağdamın işğaldan azad edilməsi xəbərinə sevindiyini bildirib.
O, Moderator.az-a açıqlamasında bunları deyib:
“Diqqətiniz üçün təşəkkür edirəm. Bu gün öz ad günüm qalıb qıraqda, əsas odur ki, Ağdam işğaldan azad olunub. Bu gün efirə çıxacam və orda xalqımı bu gözəl gün münasibətilə təbrik edəcəm. Bu gün mən yox, Ağdamım anadan olub. Mənim kimi insanlar həyata çox gəlib-gedəcəklər, Ağdam isə Azərbaycan deməkdir”.
Qeyd edək ki, Ə.Mirəliyev 1949-cu ildə Bakıda anadan olub. 1972-ci ildən “Dan ulduzu” ansamblının, Səid Rüstəmov adına orkestrin, Dövlət Mahnı Rəqs Ansamblının solisti olmuşdur.