Yaponiyanın paytaxtı Tokioda yüzlərlə insan Rusiyanın Ukraynaya qarşı hücumuna etiraz olaraq yürüş keçirib.
Yerli sakinlər “Müharibəni dayandırın, həyatları qoruyun" şüarlarını səsləndiriblər. Bəziləri isə əllərində “Biz Ukraynanın yanındayıq” sözləri yazılmış lövhələr tutublar.
Bundan əlavə, şəhər sakinləri “Putini dayandırın” deyə dünya ictimaiyyətinə çağırış ediblər.
Xatırladaq ki, Rusiyanın Ukraynadakı nüvə zavodunu atəşə tutması və prezident Vladimir Putinin nəzərdə tutduğu nüvə müharibəsi hədəsi İkinci Dünya Müharibəsinin sonunda Xirosima və Naqasakidə atom hücumlarına məruz qalan Yaponiyada etirazlara səbəb olub.