Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazirlik “Veysəloğlu”nun işinə XİTAM VERDİ

“Veysəloğlu” MMC ilə bağlı qərar qəbul olunub.
 
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Veysəloğlu” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılıb.
 
İşəbaxma zamanı MMC tələb olunan sənəd və məlumatları tam həcmdə təqdim edərək gecikmənin səbəbini şirkətdə yaranan texniki problemlərlə əlaqələndirib.
 
“Veysəloğlu” MMC bu cür halların təkrarlanmayacağına dair öhdəlik götürüb və qaldırılmış işə xitam verilib. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də