Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Trampın gəlini senator olmağa hazırlaşır






ABŞ-ın hazırkı Prezidenti Donald Trampın oğlunun həyat yoldaşı Lara Tramp 2022-ci ildə senator olmaq üçün namizədliyini irəli sürəcək.

Bu barədə “New York Times” nəşri məlumat yayıb.

Qeyd olunur ki, 38 yaşlı Lara Tramp siyasi karyerasına doğulduğu Şimali Karolina ştatından başlamağı nəzərdə tutub.

Daha əvvəl isə respublikaçılar partiyasından olan Şimali Karolina ştatının senatoru Riçard Berr növbəti dəfə senator seçkilərində iştirak etməyəcəyini bəyan etmişdi.

Qeyd edək ki, L.Tramp ABŞ prezidentinin oğlu Erik Trampla 2014-cü ildə ailə həyatı qurub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də