Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Neftin bahalaşması MÜVƏQQƏTİDİR

Neftin dünya bazar qiyməti yenidən 7 faiz bahalaşıb. Rusiya Ukrayna müharibəsi fonunda neft bazarında ciddi çaşqınlıq müşahidə olunur. "Brent" markalı neftin bir bareli 112 dollar təklif olunur. Bu Azərbaycan neftinin 115 dollardan baha satılacağı anlamına gəlir.
 
Bu barədə  danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, gündəlik 12 milyon barel neft hasil edən Rusiya istehsalı ilə enerji bazarında qiymətlərə təsir edən dövlətlərdəndir:
 
"İnvestorlar genişlənən sanksiyalar fonunda Rusiyanın neft ixracatında dayanmaların olacağından və "qara qızıl" qıtlığının yaranacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır.
 
Bununla belə, müharibə yalnız qiymətləri artırmır, eyni zamanda, neft bazarında "köpüklər" yaradır. Bu "köpüklər" isə hər zaman partlaya bilər. Bu isə o deməkdir ki, qiymətlərin kəskin artımı iqtisadi deyil, psixoloji və siyasi faktorlarla bağlıdır. Doğrudur, Rusiyaya qarşı sanksiyalar genişlənsə neft bazarındakı gərginlik hələ bir müddət müşahidə olunacaq".
 
Deutat bildirib ki, neftin qiyməti müharibənin başlamasına verdiyi reaksiyanı əks olaraq savaşın bitməsinə də verə bilər:
 
"Bu halda neftin qiymətləri yenidən ucuzlaşa bilər. Bununla belə, mövcud status-kvo neftin qiymətlərinin artmasını şərtləndirir. Amma neft bazarında uzunmüddətli dayanıqlıqdan və stabillikdən danışmaq hələlik mümkün deyil".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də