Tanınmış aşıq, Aşıq Əhliman 6 gün əvvəl ürəyindən əməliyyat olunub.
Bu barədə onun tələbəsi Elçin məlumat verib.
O bildirib ki, Aşıq Əhlimanın vəziyyəti çox ağır olsa da, hazırda stabildir:
"Ötən həftənin çərşənbə günü o, "Mərkəzi Klinika"da ürəyindən əməliyyat olunub. Əhliman bəyin vəziyyəti ağır idi. Ürəyində 4 damar dəyişiblər. Düzdür, şükür Allaha, dünəndən bir az yaxşılaşıb, amma həkim hələ çox danışmağa icazə vermir. Pandemiya ilə əlaqədar, görüşə də icazə vermirlər".
Saytımız Aşığın qızı Nəzrin xanımla da əlaqə saxladıqda o da məlumatı təsdiqləyib:
"Bəli, atam 22 fevral 2022-ci il tarixində açıq ürək əməliyyatı keçirib. Vəziyyəti çox pis idi. 11 il əvvəl insult keçirmişdi, indi də ürəyində 4 damar dəyişilib. Atamın immuniteti "sıfır dərəcəsində" idi. Narkozdan yaddaşı gedib-gəlir, məkanı unudur.
Bu gün artıq evə gətirmişik. Müalicəsini ev şəraitində davam etdirəcək. Allah bütün valideynləri qorusun. İstəməzdik, belə olsun, amma nə etmək olar? Atamın sağalmasında əməyi keçən bütün həkim kollektivinə öz ailəmiz adından təşəkkür edirik".