Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ekspert Rusiya-Ukrayna danışıqlarından nəticə gözləmir

“Kreml bir tərəfdən Kiyevlə danışıqlarda iştirak edir, o biri tərəfdən işğal davam etdirir. Rusiya ordusu bu gün Ukraynanın Xerson şəhərini işğal edib, Mariupol şəhərini mühasirəyə alıb, Ukraynanın Azov dənizinə çıxışının qarşısını kəsib. Belə olan halda Kremllə Kiyev arasında istənilən danışıq nəticə verməyəcək”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya-Ukrayna danışıqlarını şərh edərkən bildirib.

“Kreml heç olmazsa danışılar getdiyi saatlarda da atəşkəs elan etmir. Bu danışıqların fəlsəfəsinə ziddir. Ötən dəfə də Belarusun Qomel şəhərində danışıqlar davam edərkən elə həmin Belarusun ərazisindən Ukrayna raket atəşinə tutulurdu. Belə olan halda danışıqlar Kremlin nəyinə lazımdır? Rusiya prezidenti işğalı davam etdirməklə yanaşı, danışıqlar aparmaqla dialoqdan imtina etmədiyini göstərmək istəyir. Ancaq Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla son telefon söhbətində açıq deyib ki, Ukrayna faktiki təslim olmalı, Krımı Rusiya ərazisi kimi tanımalı və neytral statusu qəbul edəcəyini bildirməlidir. Buna kim razılaşar?”.

Qeyd edək ki, bu gün Rusiya-Ukrayna danışıqlarının 2-ci raundu keçirilməlidir.

Ukraynada isə müharibənin 7-ci günü yaşanır və atəş dayanmayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də