
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyaya qarşı sanksiyalar:
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya təcavüzə görə Rusiya Federasiyasına qarşı tətbiq olunacaq növbəti sanksiyalar paketini təqdim edib.
"Birincisi, biz müəyyən sayda Rusiya bankının SWIFT-dən çıxarılmasını təmin etməyə sadiqik. Bu, onların bütün dünyada fəaliyyətini dayandıracaq və Rusiyanın ixrac və idxalını effektiv şəkildə bloklayacaq. İkincisi, biz Rusiya Mərkəzi Bankının aktivlərini iflic edəcəyik. Aktivlər və onların əməliyyatları dondurulacaq. Bu, mərkəzi bankın öz aktivlərini ləğv etməsini qeyri-mümkün edəcək. Və sonda biz rus oliqarxlarının öz maliyyə aktivlərindən bizim bazarlarda istifadəsinin qarşısını almağa çalışacağıq", - AK prezidenti bildirib.