Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Yevlax Qarnizonunun komandiri polkovnik-leytenant Ərəstun İsmayılov avtomobil qəzasına düşüb.
Hadisə Yevlax rayonunun Cəfər Cabbarlı küçəsi ilə Abbasqulu bəy Şadlinski küçəsinin kəsişməsində baş verib. Beləki, Ərəstun İsmayılovun idarə etdiyi Mersedes markalı, 90-MH-240 dövlət qeydiyyat nişanlı avtomobillə, Yevlax rayon sakininin (ad, soyad dəqiqləşdirilir) idarə etdiyi VAZ 21099 markalı, 66-BH-179 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində VAZ 21099 markalı avtomobil yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP və Hərbi Polisin əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, Ərəstun İsmayılovun yüksək sürətlə avtomobili idarə edib və qarşısına çıxan avtomobili vurub.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş