
KanalS.az xəbər verir ki , həmin məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Facebook səhifəsində də paylaşmışdı.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli həmin vaxt facebook’da paylaşdığı məlumatda qeyd edirdi ki, “Embawood” şirkətinin rəhbəri kimi tanınan iş adamı Məmmədov Məşhur Şahbaz oğlu 2019-cu ilin əvvəllərində Şərqi Amerikada villa alıb. Masallıdan olan məşhur işadamı əmlaka 1 140 000.00 dollar ödəyib.
Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee-də yerləşir.
Villanın illik dövlət vergisi 26,374.15 dollar təşkil edir./amia.az
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

