TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb. Sənədə əsasən, Pərvin Əkbərov TƏBİB-in Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin edilib. O, 2018-ci ildən Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri vəzifəsini icra edib.Qeyd edək ki, Pərvin Əkbərov bir çox elmi məqalələrin də müəllifidir.


