“İstanbul, Bakı, Varşava - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”.
Bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Zelenski danışıqların Belarusda aparılmasına qarşıdır.
Rusiya nümayəndə heyəti isə ukraynalılarla danışıq üçün Belarusa gedib.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Nümayəndə heyətinə Rusiya Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Prezident Administrasiyası və digər qurumların nümayəndələri daxildir: “Biz Qomeldə bu danışıqlara başlamağa hazır olacağıq”.
Xəbəri paylaş