Ölkənin dörd bir yanında olduğu kimi, Bərdədə də Xocalı faciəsinin qurbanları ehtiramla yad edilib. Bərdə şəhərində yerləşən Kəlbəcər rayonu 104 sayılı tam orta məktəbdə təşkil eidlən tədbirdə çıxış edən müəllimlər tarixin o dəhşətli gecəsini yenidən vərəqləyərəq, şagirdləri məlumatlandırıblar. Bildirilib ki, nəinki illər, əsrlər belə keçsə, biz xalqımızın başına açılan bu insanlıqdankənar hadisələri unutmayacayıq. Xocalını tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçdılar. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tuturdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində neçə-neçə qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu… Daha sonra şagirdlər tərəfindən hazırlanan Xocalıya Ədalət pankartının önünə qərənfillər düzülərək, bu faciədə şəhid olan vətəndaşlarımızın ruhlarına dualar oxunub. Sonda təhsil ocağının rəhbəri Qələndər Zeynalov kanalımıza müsahibə verib.
Xəbəri paylaş