Dünya formalaşıb, tarix yazılandan savaş onun xoşalmaz qayəsinə çevrilib. İllər, əsrlər boyu torpaqdan yaranıb, torpağa gedəcək insan elə torpaq üçün də çox qanlara bais olub. Günahların ən qatısı, haqsızlığın ən haqqa sığmazı isə 20-ci əsrin böyük faciəsi Xocalıdır. 30 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarların xalqımıza qarşı törətdiyi kütləvi qırğında 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər həyatını itirib. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı faciənin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qərarlar qəbul edib. Hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda məskunlaşıb. Amma məhz 26 fevral tarixində Azərbaycanın hər şəhəri, hər kəndi Xocalı olur. Hər bir vətandaş o faciəni sanki yaşayırmış kimi hiss edir. Bütün bölgələrdə olduğu kimi Yevlaxd şəhərində yerləşən Kəlbəcər rayon 30 sayılı tam orta məktəbdə də təşkil edilən tədbirdə “Xocalıya Ədalət” şüarı ilə çıxışlar edilib. Mühasibimiz, Kəlbəcər rayon 30 sayılı tam orta məktəbin direktoru Zahid Kazımov soyuq qış aylarında əliyalın insanlara hücum çəkib, olmazın işgəncələr verməyi təkidlə qınayıb. Bildirilib ki, 30 ilə yaxın hökm sürən bu ədalətsizliyə Azərbaycan Ordusu 44 gün ərzində son qoydu. Amma biz Beynəlxalq müstəvidə hüquqi qiymət gözləyirik. Tapdalanmış haqların bərpasını təmin edəcək hüquqi qiymət !!!
Videonu təqdim edirik.
Xəbəri paylaş