Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhər sakinləri - Q.Əzizli və əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıblar.
Onlardan 15 kiloqram 900 qram heroin və 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


