Müharibədə həlak olan ukraynalıların sayı açıqlandı (RƏSMİ)
Tarix: 26-02-2022, 10:30Xəbərə baxış: 10117
Son iki gündə müharibədə həlak olan ukraynalıların sayı açıqlanıb. RegionTV "Reuters"ə xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Viktor Lyaşko məlumat verib.
Onun sözlərinə görə, 198 ukraynalı həlak olub, onlardan üçü uşaqdır. Xəsarət alanların sayı isə 1115 nəfərdir, onlardan 33-ü uşaqdır.
Nazirin yalnız mülki itkiləri nəzərdə tutduğu məlum deyil.