Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 30 il ötür. Faciənin ildönümü ilə əlaqədar Kəlbəcər rayonunda anım tədbiri keçirilib.
Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər vəzifəli şəxlər və rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdə Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə - 2”də ucaldılan “Xocalı” abidəsini ziyarət edilib, önünə tər çiçəklər düzərək faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilərək, dualar oxunub.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Xocalı sakinləri ilə görüşüb, onlara başsağlı verib. Törədilmiş dəhşətli soyqrımın ağır nəticələrindən söhbət açaraq Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu vurğulayıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoyduğunu, ərazi bütövlüyünü bərpa etdiyini bir daha diqqətə çatdırıb.Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu Xocalı faciəsi qurbanlarının qisasını düşməndən alıb.