
ABŞ Rusiyanı SWIFT-dən ayırmağı ciddi şəkildə düşünür
ABŞ avropalı tərəfdaşları ilə birlikdə Rusiyanı SWIFT beynəlxalq banklararası sistemindən ayırmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.
“RegionTV” “Bloomberg”ə istinadən xəbər verir ki, Co Bayden administrasiyasının nümayəndələri Rusiyanın ödəniş sistemindən birgə ayrılması üçün Aİ rəhbərliyinə təzyiq imkanlarını müzakirə edirlər.
