Ukraynanın paytaxtı Kiyevdə yaşayan Türkiyə vətəndaşı Sercan Dönmez bu ölkədəki son vəziyyət barədə məlumat verib .“RegionTV.İNFO” Habertürk-ə istinadən Sercan Dönməzin açıqlamasını təqdim edir:
“Dünən gecə Putin bizə artıq Kiyevdə olduğunu hiss etdirdi. Rusiyanın Kiyevi vuracağını son ana qədər düşünmürdük. Lakin dünən gecə saat 03:30-da çarpayımızdan bomba səsinə oyandıq.
Səhər insanlar marketlərə axışıb. Bankomatlar pul vermədiyi üçün uzun növbələr yaranıb. Ancaq metro və avtobuslar pulsuz işləyir. Saat 09:00-da həyəcan siqnalının səsini eşitdik. Bombaların düşməsinə baxmayaraq, indi həyat normaldır, ərzaq qıtlığı yoxdur, amma 2013-cü ildə Avropa hadisələrindən sonra bir həftə sonra un tapa bilmədik.
Qeyd edim ki, Ukrayna elə bir yerdir ki, mənim bütün şərhlərim 1 saatdan sonra faydasız ola bilər. İmkanı olanlar çamadanları, maşınları ilə ölkənin qərbinə yollanıblar. Oliqarxlar da buradan gediblər, Kiyev tamamilə boşalıb”.
Ukraynanın Lvov şəhərində yaşayan Ali Rıza Durmaz şəhərdəki son vəziyyəti belə izah edib:
"Əlaqədə böyük problem yoxdur. Zaman-zaman internet kəsilir, amma ciddi problemimiz yoxdur. Bura 1 milyona yaxın əhalisi olan şəhərdir.Polşaya yaxın olmaq da üstünlükdür. Bura digər rayonlardan da intensiv köç var. Konsolluqlar da buraya köçürülüb. Yanacaqdoldurma məntəqələrində çox uzun növbələr yaranıb. Taksi qiymətləri çox bahalaşıb”.
Xəbəri paylaş