NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hücumu haqqında danışıb.
O, bildirib ki, NATO-nun Ukraynaya qoşun göndərmək planları yoxdur:
” NATO münaqişəni dayandırmaq üçün Rusiya ilə təmasları davam etdirməyə çalışacaq. NATO üzvləri Rusiyaya ağır sanksiyalar tətbiq edirlər. Biz tərəfdaşlarımızla birlikdə çalışırıq. Məqsədimiz daha hazırlıqlı ordu hazırlaya bilməkdir. Ukrayna xalqının cəsarəti təqdir ediləsidir. Mesajımız konkretdir: heç vaxt beynəlxalq hüququn pozulmasını qəbul etməyəcəyik. Bu, Rusiyaya baha başa gələcək”.
Xəbəri paylaş